- Baxış sayı: 35
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev Avropa çempionatında Avstriya ilə matçda tarixi qol vurub. Allsport.az xəbər verir ki, 37 yaşlı hücumçu matçın 28-ci dəqiqəsində fərqlənməklə Şimali Makedoniya millisinin Avropa çempionatının final mərhələsində ilk qolunu vurmağa müvəffəq olub.
İtaliyanın “Cenoa” klubunun hücumçusu turnirdə qol vuran ən yaşlı futbolçuların siyahısında 2-ci olub. 37 yaş 321 günlüyündə rəqib qapısına yol tapan hücumçu yalnız avstriyalı İvitsa Vastiçdən (38 yaş 257 gün) geri qalır.
Şimali Makedoniya millisi ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparır.