- Baxış sayı: 43
- 17 İyun 2026 17:35
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi – PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Atromitos”la qarşılaşıb. Matç “Qəbələ”nin rəqibinin 2:1 hesablı əzmkar qələbəsi ilə bitib.
Qeyd edək ki, PAOK 5 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb.