Paralimpiya komitəsində mükafatlandırma

Gənclər və idman nazirliyi milli paralimpiya komitəsinin 25-illiyi münasibətilə və paralimpiya hərəkatında göstərdiyi xidmətlərinə görə müəyyən şəxsləri fəxri diplom ilə təltif edib. Allsport.az xəbər verir ki, Təltifləri AGİN-in idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov təqdim edib:

Məmmədov Kamal Cabir oğlu – Milli Paralimpiya Komitəsinin baş katibi,
Yusifli Leyli Arzu qızı – Milli Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi,
Məmmədli Azər Şəmistan oğlu – Milli Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi, Nəsirova Gülşən Mətləb qızı – Uşaq Paralimpiya Komitəsinin psixoloqu, Panyutin Oleq Viktoroviç – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Atletika idman növü üzrə milli komandanın baş məşqçisi, İbrahimov Ramin İbrahim oğlu – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın baş məşqçisi;

Məlikov Asəf Adil oğlu – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Qılıncoynatma idman növü üzrə milli komandanın baş məşqçisi, Həsənquliyev Amid Umud oğlu – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Para-velosiped idman növü üzrə milli komandanın baş məşqçisi, Qubuşova Ruqiyyə Heydər qızı – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Stolüstü tennis idman növü üzrə milli komandanın baş məşqçisi, Səfərov Yaşar Bala Oğlan oğlu – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Para-taekvondo idman növü üzrə milli komandanın məşqçisi;

Bayramov Vaqif Kamal oğlu – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi nəzdində Uşaq Paralimpiya Komitəsinin Boccia idman növü üzrə milli komandanın baş məşqçisi Ağakişiyev Fərid İbili oğlu – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Cüdo idman növü üzrə milli komandanın məşqçisi.

Sonra milli paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov və nazirliyin kütləvi bədən tərbiyəsi və idman sektorunun müdiri Aydın Məmmədova komitənin 25-illik yubileyinə həsr edilmiş “Yenilməz” romanını təqdim edib.

Həmin kateqoriyadan