VİDEO
Paralimpiya komitəsinin yeni loqotipi təqdim olundu

Milli paralimpiya komitəsi yeniliklər edib.

Allsport.az xəbər verir ki, komitənin loqotipi dəyişdirilib. Loqotipin mərkəzindəki yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu anladır. Alovun dilləri Azərbaycan bayrağının rənglərindədir. Aşağı hissəsində isə beynəlxalq paralimpiya komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb.

Loqotipin ikinci hissəsi zəfəri, qələbəni, uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat simvoludur. Üçüncü hissədə isə əlil arabasında hərəkət edən paralimpiyaçı uğurlu gələcək simvolu deməkdir.

Həmin kateqoriyadan