Paralimpiyaçımız qızıl medal qazanmaqla dünya rekordunu təzələdi

Qazaxıstan Respublikasının Almatı şəhərində pauerliftinq idman növü üzrə açıq çempionat keçirilir. Allsport.az xəbər verir ki, çempionatda 30 ölkədən 220 nəfər paralimpiyaçı yarışır və bu yarış 2016 RİO-de-Janeyro XV Yay Paralimpiya Oyunlarında iştirak üçün xal qazandırır.

Azərbaycan Milli Paralimpiya Komitəsinin pouerliftinq idman növü üzrə milli komandasının üzvü Elşən Hüseynov yarışda iştirak edir. O, 107 kq çəki dərəcəsində 242 kq ağırlıq qaldıraraq qızıl medal qazanmaqla dünya rekordunu təzələyib.

Qeyd edək ki, E.Hüseynov hazırda beynəlxalq reytinq cədvəlində birinci yerdədir.

Həmin kateqoriyadan