“Pavloviç onu sadəcə olaraq nokautla məğlub edəcək”

Allsport.az xəbər verir ki, belaruslu UFC döyüşçüsü Andrey Orlovski, noyabrın 11-i Nyu-Yorkda UFC 295 çərçivəsində rusiyalı Sergey Pavloviç və britaniyalı Tom Aspinall arasında keçiriləcək ağır çəki dərəcəsində titul döyüşü haqda danışıb:

“Düşünürəm ki, Sergey onu məğlub edəcək və döyüş beş raund davam etməyəcək. İki və ya üç, ondan artıq mümkün deyil. Bəlkə də indi emosiyalara qapılıb bu cür təxmin edirəm. Amma mənə elə gəlir ki, Pavloviç onu sadəcə olaraq nokautla məğlub edəcək”.

Həmin kateqoriyadan