Paytaxt çempionatının qalibləri

Bədən tərbiyəsi və idman akademiyasının stadionunda keçirilən atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.

Oğlanlar arasında uzunluğa tullanma yarışında Rüstəm Məmmədov, nüvə itələmə və lövhə atmada İsmayıl Əliyev, üçtəkanla tullanmada Emil İlyasov, hündürlüyə tullanmada Nikita Neftyakov, lövhə atmada İsmayıl Əliyev qalib adını qazanıblar.

Qızların yarışında isə üçtəkanla tullanmada və uzunluğa tullanmada Yekaterina Sarıyeva, lövhə atma və nüvə itələmədə isə Günel Hüseynova birinci yerə layiq görülüblər.

Oğlanlar arasında qaçış yarışlarında Əlhəm Nağıyev (100 m), Teymur Salahzadə (200 m, 400 m), Cavid Məmmədov (400 m), Allahqulu Hüseynov (800 m), Elxan Qasımov (1500m, 3000 m) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 m, 200 m), Leyla Sadıqova (400 m), Yuliya Belkova (800 m) və Anna Yusupova (1500 m, 3000 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həmin kateqoriyadan