PFL rəhbəri çempionatın bərpa vaxtını açıqladı

PFL rəhbəri çempionatın bərpa vaxtını açıqladı

İspaniya peşəkar futbol liqasının prezidenti Xavyer Tebas la liqanın bərpa ediləcəyi barədə xəbərləri təsdiq edib. Allsport.az xəbər verir ki, qurum rəsmisi iyunun 11-də Sevilya derbisi ilə çempionatın bərpa ediləcəyini deyib:

“Hər həftə ölkədə koronavirusa yoluxma faizi aşağı düşür. İspaniya çempionatının iyunun 11-də başlayacağı gözlənilir. Bunun üçün xeyli toplanacağıq.

İyunun 11-i hesab edirəm ki, “Sevilya – “Real Betis” matçı keçiriləcək. Həftəsonu oyunlar 3 fərqli saatda keçiriləcək. Əgər temperatur yüksək olsa, oyunların saatını irəli çəkəcəyik”.

Həmin kateqoriyadan