Pike: “Şakirənin mahnısını eşitmişəm, amma danışmaq istəmirəm”

“Barselona”nın keçmiş müdafiəçisi Cerar Pike əvvəlki sevgilisi, müğənni Şakirənin ayrılıqları ilə bağlı mahnısına münasibət bildirib. Allsport.az xəbər verir ki, onlar futbolçunun xəyanətinə görə 2022-ci ilin yayında ayrılıblar. Kolumbiyalı müğənni və argentinalı DJ Bizarrap birgə trek yazıblar. Orada aşağıdakı sözlər var: “Sən “Ferrari”ni “Renault”Reno”ya dəyişdin. Mənim kimi dişi canavar sizin kimilərə yaraşmaz”.

Pike mahnı ilə bağlı danışıb və deyib: “Mahnını eşitmişəm, amma bu haqda danışmaq istəmirəm. Bizim məsuliyyətimiz var. Valideynlər övladlarını qorumalıdırlar. Hər kəs özü qərar verir. Mən bu haqda danışmaq istəmirəm. Mən sadəcə övladlarımın yaxşı olmasını istəyirəm.

Övladlarımla həmişə yaxın münasibətim olub. Məni heç nə onların xoşbəxtliyindən daha çox sevindirmir. Hər şeyi öz istədiyim kimi edirəm, əlimdən gələni etməyə çalışıram. Mən yaxşıyam, xoşbəxtəm. İşlərimi davam etdirmək üçün böyük istəyim var”.

Həmin kateqoriyadan