Pike və Şakirə 12 il sonra ayrıldılar: Ulduz müğənni ərini evdə başqa qadınla yaxalayıb

“Barselona”nın futbolçusu Jerar Pike və məhşur muğənni Şakirə ayrıldıqlarını bəyan ediblər. Allsport.az saytı xəbər verir ki, cütlük birgə açıqlama ilə vidanı təsdiqləyiblər:

“Yolumuzun ayrıldığını elan etməkdən təəssüflənirik. Bizim əsas vəzifəmiz uşaqlarımızın rifahıhıdır. Bunun naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik”.

İspaniyalı müdafiəçisi və ərəb əsilli müğənni 12 birgə yaşasalar da, rəsmi nikah bağlamayıblar. Onların Milan (9 yaş) və Saşa (6 yaş) adlı 2 övladı var.

Şakirənin Pikedən xəyanətə görə ayrıldığı bildirilir. Bir neçə gün öncə ulduz sənətçi ərini evdə başqa bir qadınla gördüyü bildirilmişdi. 

Həmin kateqoriyadan