Pirlo “Yuventus”a “hə” deməyə hazırdır

“Yuventus”un sabiq baş məşqçisi, hazırda Türkiyənin “Fatih Qaragömrük” komandasını çalışdıran Andrea Pirlo İtaliya klubuna qayıda bilməsi ehtimalından danışıb.

Allsport.az xəbər verir ki, o, Turin təmsilçisinə yenidən baş məşqçilik etməsinin mümkün olduğunu deyib:

“”Yuventus”? Alleqri çoxlu futbolçuların tez-tez zədələnməsindən əziyyət çəksə də, komanda çox güclü olmağa davam edir. Turnir cədvəlində “Napoli”dən geri qalması real güc fərqini əks etdirmir. Klubla yaxşı münasibətim var. Andrea Aqnellini gördüm. Hələ də qarşılıqlı hörmətimiz var. Planlar dəyişibsə, bu başqa məsələdir. Zəng etsələr, qayıdacağam? Əlbəttə. Əgər “Yuventus” kimi top klub sizə zəng edərsə, müsbət cavablayarsınız”.

Pirlo 2021/2022 mövsümündə “Yuventus”un baş məşqçisi vəzifəsində çalışıb.

Həmin kateqoriyadan