Pişiyinə işgəncə verən futbolçu həbs edilə bilər

“Vest Hem”in müdafiəçisi Kurt Zuma həbs oluna bilər. Allsport.az xəbər verir ki, buna Mərkəzi Afrika əsilli fransalı futbolçunun öz pişiyinə işgəncə verməsi səbəb olub.

O, pişiyini təpikləyib, onun  üzərinə ayaqqabı tullayıb. Həmin anların videosunu oyunçunun qardaşı çəkib. Sözügedən video sosial şəbəkədə narazılıqla qarşılanıb. 

Zuma etdiyi hərəkətə görə üzr istəyib. Lakin müdafiəçinin həbs olunma ehtimalı var.

“Davranışıma görə çox üzr istəyirəm. Hərəkətlərim üçün heç bir bəhanə yoxdur. Videonu izləyərkən məyus olanlardan da üzr istəyirəm. Hər kəsi əmin edə bilərəm ki, evimizdəki hər iki pişik sağlamdır”.

Həmin kateqoriyadan