Poçettino gəlsə, Martinezi alacaq

“Çelsi” qarşıdakı transfer pəncərəsində “İnter”in hücumçusu Lautaro Martinez ilə müqavilə imzalamağa hazırlaşır.

Allsport.az xəbər verir ki, yaxın vaxtlarda londonlulara başçılıq edəcəyi ehtimal edilən məşqçi Maurisio Poçettino ilk növbədə hücumçu ilə müqavilə imzalamaq istəyir. 

51 yaşlı mütəxəssisi həmyerlisi Martinezlə işləmək ehtimalı cəlb edir.

Bu mövsüm Martinez “İnter”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Futbolçunun Milan klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir. 

Həmin kateqoriyadan