Poliqonda böyüdü, zibillikdə eşələndi və 6 yaşından işlədi. İndi onun üçün Avropada savaş gedir

Futbol, Osimhenin yoxsulluqdan çıxmaq üçün çıxış yolu idi. Allsport.az saytı xəbər verir ki, uşaq ikən Viktor anasını itirib, 6 yaşından işləyib və 2018-ci ildə klub tapa bilməyib və Belçikadan imtina cavabları alıb. İndi onun haqqında belə deyirlər:

David Trezege, keçən həftə DAZN-ə açıqlamasında, “Hər kəs Viktor Osimhen ilə müqavilə imzalamaq istəyir” dedi. “O, meydançaya girib-çıxmağı mükəmməl bilən əla müasir hücumçudur”.

“Osimhenə qarşı müdafiə olunmaq demək olar ki, mümkün deyil” dedi “Sassuolo”nun baş məşqçisi Alessio Dionisi deyib. – Aşağı blokla oynayırsansa, onu izləmək çətindir. Əgər yüksək müdafiə etsəniz, müdafiəçilərin arxasındakı boşluqdan istifadə edir”.

Hər şey demək olar ki, baş verib – nigeriyalı hücumçu 2019-2020 mövsümündə “Lill”də 38 matçında 18+6 qol vurub və “Napoli”yə keçib. Bayatın proqnozunda yalnız bir qeyri-dəqiqlik var idi: Osimhenin 75 milyon avroya transferi, 80 milyona “Arsenal”a keçən Nikolas Pepenin rekordunu qıra bilməyib.

Həmin kateqoriyadan