Portuqaliyada çıxış edəcək

Portuqaliyada çıxış edəcək

Portuqaliyanın “Benfika” klubu hücum xəttini Con Duranla gücləndirib.

Allsport.az xəbər verir ki, Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

22 yaşlı hücumçu ötən mövsümün ilk yarısını icarə əsasında “Fənərbağça”da keçirib. O, qış fasiləsində “Zenit”ə keçib. Duranın müqavilə hüquqları isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsusdur.

22 yaşlı hücumçu 2025-ci ilin qışında İngiltərənin “Aston Villa” klubundan “Əl-Nəsr”ə keçmişdi. Duran karyerası ərzində “Enviqado”, “Çikaqo Fayr”, “Aston Villa” və “Əl-Nəsr”in də formasını geyinib. O, Kolumbiya millisində keçirdiyi 22 oyunda 6 qol vurub.

Həmin kateqoriyadan