“Premyer Liqada bizi olduqca çətin mübarizə gözləyir”

“Zirə”nin yeni transferi Aleksandr Şemonayev hələ ki, bütün gücü ilə məşq edə bilmir. Allsport.az xəbər verir ki, müdafiəçi hazırlığa qatılsa da, fərdi qaydada məşq edir.

Şemonayev klub saytına açıqlamasında “Zirə”də yaxşı futbolçuların bir araya gətirildiyini deyib: “Komanda məşqlərə yenicə başlayıb. Yüngül zədəm olduğuna görə kollektivdən ayrı çalışıram. Komanda yeni qurulur və təbii ki bizə vaxt lazımdır. Düşünürəm ki, təlim-məşq toplanışı başa çatandan sonra nəsə demək olar. Premyer Liqada bizi olduqca çətin mübarizə gözləyir”.

Həmin kateqoriyadan