- Baxış sayı: 38
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
“Qarabağ” və “Qəbələ” klublarını uğurlu nəticə münasibətilə təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir. Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışına müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.