- Baxış sayı: 22
- 15 Sentyabr 2026 11:35
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

Mərakeş millisinin sağ cinah müdafiəçisi Əşrəf Hakimi PSJ ilə “Brest” arasındakı oyunun ilk hissəsində zədələnib.
Allsport.az xəbər verir ki, cari mövsümdə Paris klubunun heyətində ən çox meydanda olan futbolçu ilk hissənin 37-ci dəqiqəsində yerə uzanaraq sağ ayağının içəri gətirici əzələsində (adduktor) ağrı olduğunu bildirib. Bundan sonra ona tibbi yardım göstərilib və futbolçu əvəzlənib.
Hakimin zədəsinin nə dərəcədə ciddi olduğu isə keçiriləcək tibbi müayinələrdən sonra müəyyənləşəcək.
PSJ liqa-1-in 4-cü turunda “Brest”in qonağı olub. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.