PSJ-dən yeni qərar

PSJ zəif çıxış edəcəyi təqdirdə Lionel Messi də daxil olmaqla bir sıra digər oyunçularını komandadan göndərəcək.

Allsport.az xəbər verir ki, klubun futbol müşaviri Luis Kampos futbolçulara ultimatum verib. Mövsümün son 9 matçında özünü sübut etməyənlər transferə çıxarılacaqlar.

Bu həm ulduzlara, həm də gənc oyunçulara aiddir. Lakin bəzi futbolçular heç bir halda satılmayacaqlar. Bunlar Kilian Mbappe, Canluici Donnarumma, Nuno Mendes, Əşrəf Hakimi, Markinyos, Danilo Pereyra Marko Verrattidir.

Kampos hesab edir ki, ultimatum sayəsində oyunçular yeni motivasiya tapacaqlar. Xüsusilə, bu, Lionel Messi, Serxio Ramos, Vitinya, Karlos Soler, Renato Sançes, Fabian Ruiz, Xuan Bernat Yuqo Ekitikə aiddir.

Həmin kateqoriyadan