PSJ-nin Neymara 3 ildə çəkdiyi xərc

PSJ-nin braziliyalı hücumçu Neymara çəkdiyi xərci məlum olub. Allsport.az xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı futbolçunu “Barselona”da 222 milyon avroya transfer edib.

Onun illik maaşı 37 milyon avrodur. 3 il ərzində paytaxt klubu Neymara 111 milyon avro məvacib ödəyib. Beləliklə, ulduz oyunçunun bütün xərcləri 333 milyon avro edib.

Neymar PSJ-nin rəsmi matçlarının 51 faizində iştirak edib. Braziliya millisinin üzvünün bir oyunu Fransa klubuna 4,16 milyon avroya başa gəlir.

Neymar bu mövsüm Liqa 1-də 15 oyunda 13 qol vurub.

Həmin kateqoriyadan