- Baxış sayı: 54
- 05 May 2026 14:42
- Baxış sayı: 160
- May 08, 2026
- 0

Taekvondo üzrə qran-prinin final mərhələsinin ilk günündə milli komandamızın 2 üzvü mübarizəyə başlayacaq. Allsport.az saytı xəbər verir ki, Rio oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin ilk mərhələdə (80 kq) avstraliyalı Hayder Şkara ilə üzləşəcək.
Roman Samodurov (58 kq) bu çəkinin reytinqində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək. «Sərhədçi» Olimpiya İdman Mərkəzində keçiriləcək yarışın başlama vaxtı saat 10:00-dır.