“Qəbələ” Aleksey Antonovla üzülüşdü

“Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

2015-ci yayından “qırmızı-qara” forma geyinən forvard2015-2016-cı illər mövsümündə bu klubun şərəfini qoruyub. Aleksey “Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub.

Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. O, Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.

 

Həmin kateqoriyadan