“Qəbələ” – “Apollon” matçının biletləri satışa çıxarıldı

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə Kipr “Apollon”u arasında baş tutacaq cavab matçının biletləri satışa çıxarılıb. Allsport.az xəbər verir ki, bu oyunun biletləri artıq “Bakcell Arena”nın kassalarında satışdadır.

Biletlərin qiymətləri 1, 2, 5 və 10 AZN-dir.

Qeyd edək ki, bu klublar arasındakı ilk oyun 1:1 hesabıyla bitib. Cavab görüşü isə avqustun 6-da “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan