“Qəbələ” “Apollon” səddini də keçib, pley-offa çıxdı!

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdusa (səfərdə 1:2, evdə 2:0), ardından Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdırmışdı.

Bu mərhələdə isə “Qəbələ” Kiprin “Apollon” komandasına qarşı mübarizə aparırdı. Səfərdə 1:1 hesablı heç-heçədən sonra Roman Qriqorçukun komandasının mərhələ adlamasına inam kifayət qədər böyük idi. “Qəbələ” rəqibini yenə Cavid Hüseynovun penalti qolu sayəsində məğlub edərək, tarixində ilk dəfə pley-offa yüksəldi.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
6 avqust

“Qəbələ” – “Apollon” – 1:0 (0:0)
Qol: C.Hüseynov, 80-pen. (1:0).
Sarı vərəqə: Aleks, 31. F.Papulis, 35. C.Hüseynov, 35. Jayme, 59. Freyre, 69. E.Saketti, 79. B.Vale, 80. Türam, 90+1.
Qırmızı vərəqə: Ü.Abbasov, 90+1.
Baş hakim: Duarte Nuno Perreyra Qomeş (Portuqaliya).
Bakı. “Bakcell Arena”.
İlk oyun: 1:1

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov (7. Ermin Zets, 71).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Apollon”: 83. Bruno Vale, Elisio, 3. Nuno Lopes (9. Türam, 61), 4. Freyre, 14. Jayme (8. Farley, 81), 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 17. Joao Pedro, 26. Fotis Papulis (k), 29. Georgis Kolokudias (19. Qneki Abraham, 61).
Ehtiyat oyunçular: 23. İsli Hidi, 27. Angelis Angeli, 28. Marios Stilianu, 42. Xristos Uiler.
Baş məşqçi: Pedro Emanuel.

Həmin kateqoriyadan