“Qəbələ” Avroliqa hansı futbolçularla gedir?

“Qəbələ”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib.

Quruma göndərilən “A” vərəqində 16 futbolçu yer alıb. “Qara-qırmızılar”la “Samtredia” arasında ilk oyun iyunun 30-da, cavab matçı iyulun 7-də baş tutacaq. Komandamız ilk matçı evdə keçirəcək.

Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç
27. Teo Luis Uiks, 32. Rəşad Eyubov

Hücumçu: 9. Sergey Zenyov

Həmin kateqoriyadan