Tale Heydərovun sahibi olduğu komanda Avropa Liqası ilə biabırçı məğlubiyyətlə vidalaşdı

Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də qrupdakı son oyununa çıxıb.

Roman Qriqorçukun çalışdırdığı komanda doğma meydanda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşıb. Şimal qonşularımız qrup liderliyini təmin etmək üçün Bakıdan da 3 xalla qayıtmaq iddiasındaydı. Amma təmsilçimiz də bu görüşdə qrup mərhələsindəki ilk qələbəsini qazanmaq ümidində idi. Doğma meydan amili qəbəlilərə bu baxımdan şans qazandıra bilərdi. Amma təəssüf ki, təmsilçimiz bu görüşdə çox zəif çıxış edib və darmadağınla üzləşib.

Bu gün təmsilçimizin yer aldığı qrupun digər oyununda Dortmund “Borussiya”sı (Almaniya) doğma meydanda PAOK-u (Yunanıstan) qəbul edib. Nə qədər gözlənilməz olsa da, PAOK iddialı rəqibinə səfərdə minimal hesabla qalib gəlib – 1:0.

UEFA Avropa Liqası
“C” qrupu
6-cı tur

10 dekabr

“Qəbələ” – “Krasnodar” – 0:3 (0:2)
Qollar: R.Siqurdsson, 26 (0:1). M.Pereyra, 41 (0:2). Vanderson, 75 (0:3).
Sarı vərəqə: Ç.Kabore, 9. Dodo, 25.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Bakı. “Bakcell Arena”.

“Qəbələ”: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 10. Dodo (k), 19. Aleksey Qay (6. Rəşad Sadiqov, 76), 88. Derlis Meza Kolli, 9. Sergey Zenyov (66. Samir Zərgərov, 57), 32. Fakundo Pereyra (7. Ermin Zets, 61), 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 4. Elvin Camalov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Krasnodar”: 31. Andrey Dikan, 6. Andreas Qranqvist (k), 17. Vitali Kaleşin (21. Rikardo Laborde, 65), 27. Raqnar Siqurdsson, 7. Pavel Mamayev, 10. Odil Axmedov, 22. Joazinyo, 33. Maurisio Pereyra (8. Yuri Qazinski, 69), 77. Çarles Kabore, 98. Sergey Petrov, 14. Vanderson (90. Fedor Smolov, 76).
Ehtiyat oyunçular: 16. Anton Koçenkov, 3. Ştefan Strandberq, 68. Andrey Batyutin, 63. Nikolay Komliçenko.
Baş məşqçi: Oleq Kononov.

1Krasnodar641194+513
 2Borussiya D6312105+510
 3PAOK61413307
 4Qəbələ6024212–102

Həmin kateqoriyadan