“Qəbələ” Bakıda “Maribor”a qalib gəldi

Bu gün Avropa Liqasının pley-off mərhələsində ilk görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən “Qəbələ” Bakıda Sloveniya “Maribor”unu qəbul edib. Hesabı rəqib açıb, 17-ci dəqiqədə Tavaresin zərbəsi dəqiq olub. İlk hissənin sonlarında Sergey Zenyov (37) bərabərlik qolunu vurub – 1:1.

Növbəti yarıda “qara-qırmızılar”ın fransaslı legionçusu 50 və 52 dəqiqələrdə 2 dəfə fərqlənərək, komandasına qılıbə qazandırıb – 3:1. Bu komandalar arasında cavab matçı avqustun 25-də səfərdə keçiriləcək.

Həmin kateqoriyadan