“Qəbələ” çərçivəyə zərbə vurmadı, “İnter”in iki zərbəsi dəqiq oldu

Ötən gecə Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri – “İnter”lə “Qəbələ” qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində növbəti oyunlarını keçirdilər. Allsport.az xəbər verir ki, “İnter” səfərdə İslandiyanın “Hafnarfyordur”, “Qəbələ” isə Serbiyanın “Çukariçki” klubunun qonağı oldu.

Təəssüf ki, “Qəbələ” ilkin təsnifat mərhələsində olduğu kimi, bu dəfə də səfərdə keçirdiyi ilk oyundan məğlub qayıtdı – 0:1. “İnter” isə çoxlarının gözləmədiyi halda İslandiya nəhənginə səfərdə qalib gəlməyi bacardı – 2:1.

Həmin oyunların statistik göstəricilərini təqdim edirik:

“Çukariçki” – “Qəbələ”
Qol: 1-0
Qapıya (çərçivəyə) zərbələr: 11 (5) – 2 (0)
Korner: 8-0
Ofsayd: 1-2
Sarı vərəqə: 1-5
Qırmızı vərəqə: 0-0
Qayda pozuntusu: 14-19

“Hafnarfyordur” – “İnter”
Qollar: 1-2
Qapıya (çərçivəyə) zərbələr: 5 (3) – 4 (2)
Korner: 9-1
Ofsayd: 4-0
Sarı vərəqə: 5-2
Qırmızı vərəqə: 1-0
Qayda pozuntusu: 18-9

Həmin kateqoriyadan