“Qəbələ” cavab görüşünün hazırlığına başlayıb

“Qəbələ” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, Gürcüstanın “Samtredia” klubu ilə iyunun 30-da Bakıda keçirilən ilk oyundan (5:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” iyulun 3-də məşqlərini bərpa edib.

Bakıda bir araya gələn komanda günü iki məşqlə başa vurub. Günün ilk yarısında fiziki hazırlıq keçən futbolçular axşam saatlarında toplu çalışmalara üstünlük verib. Hər iki məşq paytaxtda baş tutub. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Günün ikinci yarısına təsadüf edəcək məşq prosesi Bakıda baş tutacaq.

Xatırladaq ki, “Samtredia” – “Qəbələ” matçı iyulun 7-də keçiriləcək. Zestafonidəki David Abaşidze adına stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Həmin kateqoriyadan