“Qəbələ” “Çukariçki” ilə cavab matçına 2 itki ilə çıxacaq

“Qəbələ” Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Çukariçki” (Serbiya) ilə cavab matçına ciddi itkilərlə çıxacaq. Allsport.az xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmada yarımmüdafiəçi Georgi Floresku və müdafiəçi Vitali Vernidub iştirak edə bilməyəcək.

Buna səbəb hər iki oyunçunun “Çukariçki” ilə səfər matçında sarı vərəqə limitini doldurmasıdır. Maraq üçün xatırladaq ki, Vernidubla Floresku cari mövsümdəki ilk iki sarı vərəqəni birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları Tiflis “Dinamo”su ilə oyunlarda almışdılar.

“Qəbələ”nin daha bir futbolçusu isə cəzanın astanasındadır. Belə ki, Gürcüstan klubu ilə cavab oyununda sarı vərəqə almış kapitan ötən gün “Çukariçki” ilə səfər matçında ikinci dəfə eyni aqibəti yaşadı. Bakıdakı oyunda da sarı vərəqə alacağı halda, Hüseynov növbəti avrokubok matçını buraxmalı olacaq.

Qeyd edək ki, “Qəbələ” ilə “Çukariçki” arasındakı cavab oyunu iyulun 23-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan