- Baxış sayı: 75
- 16 Sentyabr 2026 18:12
- Baxış sayı: 277
- Sentyabr 17, 2026
- 0

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə Serbiyanın “Çukariçki” klubları arasında keçiriləcək cavab matçının hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək qarşılaşmanı Çex Respublikasından olan hakimlərə həvalə edib.
Matçın baş hakimi Radek Prixoda olacaq.
Qeyd edək ki, “Qəbələ” – “Çukariçki” matçı iyulun 23-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.