“Qəbələ” – “Çukariçki” matçına bütün təyinatlar açıqlandı

“Qəbələ”nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçirəcəyi Serbiyanın “Çukariçki” klubu ilə cavab oyununun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, iyulun 23-də baş tutacaq qarşılaşmanı çexiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Radek Prixoda olacaq. “Qəbələ” – “Çukariçki” oyunu Bakıda keçiriləcək. “Bakcell Arena”da baş tutacaq matç saat 21:00-da başlayacaq.

Bu cütün qalibinin üçüncü təsnifat mərhələsindəki potensial rəqibi də bəllidir. İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticələrinə əsasən, “Qəbələ” – “Çukariçki” cütünün qalibi iyulun 30-da və avqustun 6-da keçiriləcək üçüncü təsnifat mərhələsində “Apollon” (Kipr) – “Trakai” (Litva) oyununun güclüsü ilə qarşılaşacaq. Bu komandaların Kiprdəki ilk oyununda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunu
23 iyul

21:00. “Qəbələ” – “Çukariçki” (Serbiya)
Baş hakim: Radek Prjixoda (Çexiya)
Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski (hər ikisi Çexiya)
Dördüncü hakim: Pavel Orel (Çexiya)
UEFA nümayəndəsi: Per Svard (İsveç)
Hakim-inspektor: Andreas Şluxter (İsveçrə)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 0:1

Həmin kateqoriyadan