“Qəbələ” də Avroliqanın qrup mərhələsinə adladı!

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan “Qəbələ” Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız son olaraq Kipr “Apollon”una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0).

Bu dəfə isə “Qəbələ” Yunanıstan nəhəngi “Panatinaikos”la mübarizə aparırdı. Bakıdakı ilk oyunda qolsuz heç-heçəyə razılaşan Roman Qriqorçukun komandası Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazmaq üçün səfərdə ən azı qollu bərabərliyə nail olmalıydı. Çətin səfərdə çıxış etməsinə baxmayaraq, çox möhtəşəm oyun sərgiləyən komandamız iki dəfə hesabda önə keçdiyi oyunu 2:2 hesabıyla başa vurmağa nail olub. Nəticədə, “Qəbələ” tarixi ərzində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
27 avqust

“Panatinaikos” – “Qəbələ” – 2:2 (1:1)
Qollar: Dodo, 6 (0:1). M.Berq, 34 (1:1). Dodo, 60 (1:2). Nano, 78 (2:2).
Sarı vərəqə: V.Vernidub, 39. M.Berq, 40. Zeka, 52. A.Qay, 63. Nano, 73. Rikardinyo, 78. S.Tavlaridis, 90+1.
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Tomaş Mokoş, Peter Kraloviç (Slovakiya).
Afina. Apostolos Nikolaidis adına stadion.
İlk oyun – 0:0.

“Panatinaikos”: 15. Luk Stil, 4. Giorgos Kutrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 28. Xristos Burbos (8. Tassos Laqos, 77), 10. Zeka (k), 29. Sotiris Ninis, 32. Daniyel Pranyiç (33. Mladen Petriç, 66), 9. Markus Berq, 19. Nikos Karelis (7. Viktor Klonaridis, 67).
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 12. Nikos Marinakis, 14. Abdul Ayaqun, 23. Nikos Kaltsas.
Baş məşqçi: Yannis Anastaiu.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets (4. Elvin Camalov, 86), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo (k), 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 5. Georgi Floresku, 11. Asif Məmmədov, 17. Qismət Alıyev, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.

Həmin kateqoriyadan