“Qəbələ” “Dinamo”ya uduzdu

Bu gün UEFA Avropa Liqasında 2015/16 mövsümünə start verilir. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm də üç klub təmsil edir.

Bunlardan biri də son mövsüm Premyer Liqada üçüncü olmuş “Qəbələ”dir. Bölgə təmsilçisinin ilk rəqibi Gürcüstanın “Dinamo” (Tiflis) klubudur. Roman Qriqorçukun çalışdırdığı komanda ilk matçını qonşu ölkədə keçirəcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (İlk oyun)
2 iyul

“Dinamo” – “Qəbələ – 2:1 (0:0)
Qollar: J.Jiqauri, 65 (1:0). C.Hüseynov, 74 (1:1). G.Papunaşvili, 84 (2:1).
Sarı vərəqə: G.Floresku, 35. V.Vernidub, 69. L.Totadze, 79. A.İaşvili, 81.
Qırmızı vərəqə: G.Qvelesiani, 51.
Baş hakim: Roy Reynşreyber (İsrail).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena” stadionu.

“Dinamo”: 12. Libor Hrdliçka, 3. Loşa Totadze (k), 5. Arçil Tvildiani, 30. Georgi Qvelesiani, 37. Zaza Çelidze, 6. Mate Tsintszadze, 10. Georgi Papunaşvili, 13. Otar Kiteişvili (25. Rene Santos, 54), 31. Jambul Jiqauri, 77. Vaxtanq Çanturişvili (14. Laşa Parunaşvili, 79), 11. Georgi Kvilitaya (9. Aleksandr İaşvili, 62).
Ehtiyat oyunçular: 21. Georgi Beqaşvili, 17. Georgi Quruli, 22. Saba Lobjanidze, 8. Baçana Arabuli.
Baş məşqçi: Georgi Gequçadze.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov (10. Dodo, 73), 34. Ürfan Abbasov, 44. Rafael, 5. Georgi Floresku (6. Rəşad Sadiqov, 72), 14. Cavid Hüseynov (k), 19. Aleksandr Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: Andrey Popoviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.

Həmin kateqoriyadan