“Qəbələ” firənglərlə cavab matçına hazırlaşır

“Qəbələ” Avropa Liqasının 3-cü təsnifatının cavab oyununun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, Fransanın “Lill” klubu ilə iyulun 28-də səfərdə keçirilən ilk qarşılaşmanın (1:1) ardından məşqlərinə bir günlük ara verən “qırmızı-qaralar”, Bakıdakı oyunun hazırlığına iyulun 30-da başlayıb.

Roman Qriqorçukun komandası çalışmalarda 2 qrupa bölünüblər. Fransadakı matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər. “Qırmızı-qaralar” növbəti məşqini bu gün gerçəkləşdirəcək. Bakıda hazırlıq keçən komanda günün ikinci yarısında bir araya gələcək.

Xatırladaq ki, bu kollektivlər arasında görüş avqustun 4-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan