“Qəbələ” idman klubu 3 məşhur azərbaycanlı MMA döyüşçüsü ilə müqavilə imzaladı

Bu gün MMA akademiyasında “Qəbələ” idman klubu qarışıq döyüşçülər Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev yeni müqavilə imzaladı. Allsport.az saytının məlumatına görə, mətbuat konfransında “Qəbələ” İK-in ümumi işlər üzrə əlaqələndiricisi Səbuhi Qarayev açıqlama verdi.

Bildirdi ki, adı ilk çəkilən idmançı 10 ildir klubla əməkdaşlıq edir. Digər 2 döyüşçü ilk dəfə anlaşmaya imza atdı. Hər gün “Qəbələ” futbol klubunun bazasına 250 nəfər məşqə gəlir. Elə bu sayda da klubun nəzdində olan digər idman növlərində fəaliyyət var.

Bu istiqamətdə tanınmış mütəxəssis Ruslan Əfəndiyev bizimlə çalışacaq, Şəhriyar Abbasov MMA məktəbində məşqçiliyini davam etdirəcək.

Noyabrın 4-ündə “Rizin” turniri çərçivəsində paytaxtın Milli gimnastika arenasında keçiriləcək yarışda Vüqar Kərəmov yaponiyalı Çihio Suzuki, Tofiq Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Nəriman Abbasov isə rusiyalı Əli Abdulxaliqovla üz-üzə gələcək.

Həmin kateqoriyadan