“Qəbələ” ilə “Neftçi” xal ehtiyatımızı bir qədər də artırıb

Avropa Liqasının 2-ci təsnifat məhələsində baş tutan “Neftçi” – “Şkendiya” (0:0), “Admira” – “Kəpəz” (1:0) və MTK – “Qəbələ” (1:2) matçılarında əldə olunan qələbələr ölkəmizin reytinq xalının artmasına səbəb olub. Allsport.az saytı xəbər verir ki, bu oyuna kimi 14.625 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalına daha 0.375 xal əlavə olunub.

Hazırda ölkəmizin reytinq əmsalı 15.000-ə bərabərdir. Bizdən bir pillə irəlidə olan Şotlandiyanın hər iki təmsilçisi adalılarla ümumilikdə 0.375 xal qazandığından aradakı fərqi azaltmaq mümkün olmayıb. Britaniyalıların əmsalı 15.675-dir.

25-ci pillədəki izləyicimiz Kipr təmsilçiləri isə bu oyun günü 0.250 xal qazandığından  aradakı fərqi artırmaq mümkün olub. Hazırda adıçəkilən ölkənin aktivində 14.425 xal var.

Həmin kateqoriyadan