“Qəbələ” ilk imza atdı

“Qəbələ” Azərbaycan futbolunda ilkə imza atıb. Allsport.az xəbər verir ki, Azərbaycanı avrokuboklarda təmsil etmiş klublar arasında ilk olaraq məhz bu komanda qitə arenasında birinci təsnifat mərhələsindən mübarizəyə başlayaraq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, qrup mərhələsinə vəsiqə qazanmış digər klublarımız – “Neftçi” ilə “Qarabağ” buna Çempionlar Liqasının ikinci təsnifat mərhələsində başlayaraq nail olublar. Hər üç halda (“Qarabağ” buna iki dəfə nail olub) bu klublar ÇL-də bir mərhələ keçdikdən sonra, üçüncü təsnifat mərhələsində uduzaraq, Avroliqanın pley-off mərhələsinə düşüblər. Burada qalib gəlməklə də qrup mərhələsinə yüksəliblər.

Maraq üçün onu da diqqətinizə çatdıraq ki, bu mövsüm Avroliqanın iştirakçıları arasında “Qəbələ”dən başqa birinci təsnifat mərhələsindən qrupa qədər irəliləyən yalnız bir klub var. Bu, Norveçin “Rosenborq” komandasıdır.

Həmin kateqoriyadan