“Qəbələ” Kiprə yola düşür

“Qəbələ” Kiprə yola düşür

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Apollon”la (Kipr) qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub. Allsport.az xəbər verir ki, üç gündür paytaxtda məşq edən “qırmızı-qaralar” ötəngünkü çalışmayla hazırlıqların bu mərhələsini bitirib.

Bu gün səhər saat 11:00-da komandamız Kiprin Nikosiya şəhərinə yollanacaq. “Qırmızı-qaralar” “Hilton Nikosia” otelində məskunlaşacaq. “Qəbələ” iyulun 30-da baş tutacaq qarşılaşma öncəsi son məşqini keçirəcək. Hazırlıq oyunun baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.

UEFA Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (İlk oyun)
30 iyul

22:00. “Apollon” – “Qəbələ”
Baş hakim: Sergey Boyko (Ukrayna)
Baş hakimin köməkçiləri: Aleksandr Korniyko, Vladimir Volodin (hər ikisi Ukrayna)
Dördüncü hakim: Anatoli Abdula (Ukrayna)
UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya)
UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)
Larnaka. “Antonis Papadopulos” stadionu.

Həmin kateqoriyadan