“Qəbələ” “Krasnodar”la oyuna yollandı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Krasnodar”la qarşılaşmalı olan “Qəbələ” bu gün Rusiyaya yola düşüb. Allsport.az xəbər verir ki, çarter reysi ilə səfərə çıxan komanda bir neçə saatlıq uçuşdan sonra Krasnodarda olacaq.

Qeyd edək ki, axşam saatlarında Roman Qriqorçukun çalışdırdığı komandamız matçın keçiriləcəyi “Kuban” stadionunda son məşqə çıxacaq. “Krasnodar” – “Qəbələ” matçı isə oktyabrın 1-dən 2-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.

Həmin kateqoriyadan