“Qəbələ” – “Lill” görüşü rus hakimlərə həvalə olunub

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ” ilə Fransanın “Lill” klubu arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, bu görüşü rusiyalı referilər dəstəsi idarə edəcəklər.

Qarşılaşmanın baş fit sahibi Aleksey Yeskov olacaq. Ona yan xətt hakimləri Dmitri Mosyakin və İqor Demeşko kömək edəcəklər. 4-cü hakim Vladimir Moskale olacaq.

Qeyd edək ki, “Qəbələ” – “Lill” matçı iyulun 4-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan