“Qəbələ” MTK ilə oyunun hazırlığına Macarıstanda yekun vurdu

“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun hazırlığını tamamlayıb. Allsport.az saytı xəbər verir ki, Macarıstanın MTK klubu səfər hazırlığına Bakıda start verən “qırmızı-qaralar”ın görüş öncəsi son məşqi Dyer şəhərində baş tutub.

Roman Qriqorçukun komandası qarşılaşmadan bir gün öncə matçın keçiriləcəyi “Dyirmot” stadionunda məşq edib. “Qəbələ” məşqdə toplu çalışmalara üstünlük verib.

Xatırladaq ki, Dyer şəhərinin “Dyirmot” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Həmin kateqoriyadan