“Qəbələ” – “Panatinaikos” matçına bütün biletlər satılıb

Bu gün “Qəbələ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq görüşə maraq kifayət qədər böyükdür.

Belə ki, saat 21:00-da başlayacaq “Qəbələ” – “Panatinaikos” oyununa görə satışa çıxarılan bütün biletlər bitib. “Qəbələ” rəhbərliyi oyuna göstərdikləri marağa və dəstəyə görə hər kəsə təşəkkür edib.

Qeyd edək ki, “Bakcell Arena” 15 min azarkeş tutumuna malikdir.

Həmin kateqoriyadan