“Qəbələ” Serbiyaya yola düşdü

Bu həftə UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə çıxış edən “Qəbələ” Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq.

Təmsilçimizin ilk sınağı səfərdə olacaq. İyulun 16-da keçiriləcək qarşılaşma Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Çukaritsa şəhərindəki “Çukariçki” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Serbiyadakı qarşılaşma öncəsi məşqlərini Qəbələdə keçirən “qırmızı-qaralar” ötən gün hazırlıqlarını yekunlaşdırıb. “Qəbələ” bu gün Belqrada yollanıb. Komandamız oyun öncəsi son məşqini “Çukariçki” stadionunda keçirəcək.

UEFA Avropa Liqası
İkinci təsnifat mərhələsi
İlk oyun
16 iyul

23:30. “Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Radu Petresku (Rumıniya)
Baş hakimin köməkçiləri: Ovidiu Artene, Vladimir Urzixa (hər ikisi Rumıniya)
Dördüncü hakim: Marsel Birsan (Rumıniya)
UEFA nümayəndəsi: Joze Gilyerme Aquiar (Portuqaliya)
Hakim-inspektor: Plarent Koterja (Albaniya)
Belqrad. “Çukariçki” stadionu

Həmin kateqoriyadan