“Qəbələ” tarixi əhəmiyyətə malik oyunda qalib gələ bilmədi

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də qrupdakı ilk oyununa çıxıb.

Qəbələlilər doğma meydanda Yunanıstan PAOK-u ilə qarşılaşıblar. Roman Qriqorçukun komandası qrup mərhələsindəki tarixi əhəmiyyətə malik debüt oyununda mütləq uğurlu nəticəyə imza atmağı hədəfləmişdi. Lakin təmsilçimizin bütün səylərinə baxmayaraq, qrup mərhələsi çərçivəsindəki ilk matçından yalnız bir xalla ayrıla bilib.

“C” qrupundakı digər oyunda Dortmund “Borussiya”sı (Almaniya) doğma meydanda Rusiya “Krasnodar”ını qəbul edib. Bu oyun isə meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

UEFA Avropa Liqası
“C” qrupu
1-ci tur
17 sentyabr

“Qəbələ” – PAOK – 0:0 (0:0)
Sarı vərəqə: Q.Rodriqes, 31. G.Tsavellas, 45. Dodo, 69. A.Antonov, 90.
Baş hakim: Xavyer Estrada (İspaniya).
Bakı. “Bakcell Arena”.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 10. Dodo (k) (66. Samir Zərgərov, 83), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli, 7. Ermin Zets (32. Fakundo Pereyra, 46), 9. Sergey Zenyov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.
PAOK: 25. Robin Olsen, 15. Migel Vitor, 20. Rikardo Koşta, 31. Giorgos Tsavellas, 70. Stelios Kitsiu, 6. Aleksandros Tziolis, 11 Robert Mak, 24. Qarri Rodriqes, 52. Erik Sabo (9. Jayro, 84), 77. Dimitris Pelkas (7. Eyal Qolasa, 76), 33. Stefanos Atanasiadis (k) (10. Dimitar Berbatov, 59).
Ehtiyat oyunçular: 71. Panayotis Qlikos, 13. Stelios Malezas, 22. Dimitris Konstantinidis, 21. Xaris Xarisis.
Baş məşqçi: İqor Tudor.

Həmin kateqoriyadan