“Qəbələ” tarixində ilk dəfə avrokuboklarda mərhələ keçdi

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də cavab görüşünə çıxıb. Komandamızın rəqibi isə Gürcüstanın “Dinamo” (Tiflis) klubu idi.

Avroliqadakı təmsilçilərimiz arasında ən sanballısı hesab olunan “Qəbələ” mərhələ adlamağa da real namizədlərdən sayılırdı. Düzdür, bölgə təmsilçisi səfər matçında 10 nəfərlə qalan rəqibindən 2 qol buraxaraq, meydanı məğlub tərk etmişdi – 1:2. Amma cavab görüşündə hətta 1:0 hesablı qələbə də Roman Qriqorçukun kollektivini növbəti mərhələyə çıxara bilərdi. Qarşılaşmada uzun müddət qol vurulmadı. Lakin görüşün son dəqiqələrində iki qol vurmağa nail olan təmsilçimiz tarixi ərzində ilk dəfə avrokuboklarda mərhələ adlamağa nail oldu.

Qeyd edək ki, “Qəbələ” növbəti mərhələdə “Domjale” (Sloveniya)/”Çukariçki” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
9 iyul

21:00. “Qəbələ” – “Dinamo” (Tiflis) – 2:0 (0:0)
Qol: A.Məmmədov, 89 (1:0). A.Antonov, 90+3 (2:0).
Sarı vərəqə: V.Vernidub, 37. G.Floresku, 48. C.Hüseynov, 54.
Qırmızı vərəqə: L.Totadze, 71.
(ilk oyun – 1:2)
Baş hakim: Amori Deleru (Fransa).
Qəbələ. Şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 34. Ürfan Abbasov (21. Arif Daşdəmirov, 86), 44. Rafael, 5. Georgi Floresku (10. Dodo, 77), 6. Rəşad Sadiqov (11. Asif Məmmədov, 82), 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Dinamo”: 12. Libor Hrdliçka, 3. Laşa Totadze (k), 5. Arçil Tvildiani (7. Georgi Janelidze, 84), 25. Rene Santos, 37. Zaza Çelidze, 6. Mate Tsintsadze, 10. Georgi Papunaşvili, 31. Jambul Jiqauri, 77. Vaxtanq Çanturişvili, 9. Aleksandr İaşvili (13. Otar Kiteişvili, 61), 11. Georgi Kvilitaya (17. Georgi Quruli, 74).
Ehtiyat oyunçular: 21. Georgi Beqaşvili, 14. Laşa Parunaşvili, 22. Saba Lobjanidze, 8. Baçana Arabuli.
Baş məşqçi: Georgi Gequçadze.

Həmin kateqoriyadan