“Qəbələ” “Xəzər Lənkəran”la oyuna Dodosuz hazırlaşır

Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində aprelin 25-də Lənkəranda “Xəzər Lənkəran” ilə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, “Neftçi”lə aprelin 17-də keçirilən 30-cu turun oyunundan sonra 2 günlük istirahət edən komanda ardından bərpa etdiyi hazırlıqlarına Qəbələdə start verib.

Cəzalı və zədəli futbolçusu olmayan “qırmızı-qaralar” səfər matçına tam heyətlə hazırlaşır. Yalnız zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo fərdi məşqlə kifayətlənir. Braziliyalı yarımmüdafiəçi “Xəzər Lənkəran”la oyunda komandasına kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələrinin oyun öncəsi son məşqinin Lənkəranda baş tutması planlaşdırılıb.

Qeyd edək ki, “Xəzər Lənkəran”la qarşılaşma Lənkəran mərkəzi stadionunda keçiriləcək.

Həmin kateqoriyadan