“Qəbələ” yenə ilk oyunda məğlub oldu

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümündə bürünc medallara sahib çıxan təmsilçimiz Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0).

Roman Qriqorçukun çalışdırdığı komandamız ilk dəfə vəsiqə qazandığı ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” komandasına qarşı mübarizə aparır. İlk oyun səfərdə keçirildiyinə görə, Serbiyadan sərfəli nəticə ilə qayıtmaq vacib idi. Amma təəssüf ki, qəbələlilər bu görüşdə penalti qolu ilə məğlub olublar. Bu üzdən də cütün taleyinə cavab görüşündə aydınlıq gələcək.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 23-də “Bakcell Arena”da keçiriləcək.

Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
16 iyul

“Çukariçki” (Serbiya) – “Qəbələ” – 1:0 (0:0)
Qol: N.Stoylkoviç, 53-pen. (1:0).
Sarı vərəqə: G.Floresku, 20. Rafael, 25. Ü.Abbasov, 61. R.Brejançiç, 69. V.Vernidub, 74. C.Hüseynov, 80.
Baş hakim: Radu Petresku (Rumıniya).
Belqrad. “Çukariçki” stadionu.

“Çukariçki”: 12. Nemanya Stevanoviç, 4. Lukas Pyasentin, 22. Filip Stoykoviç (30. Nenad Mirosavlyeviç, 85), 23. Boyan Ostoyiç, 31. Rayko Brejançiç (k), 6. Draqolyub Srniç, 8. Branislav Yankoviç, 24. Petar Bojiç (19. Saşa Yovanoviç, 90+1), 9. Nikola Stoylkoviç, 11. Andriya Pavloviç (7. Stanişa Mandiç, 67), 14. Slavolyub Srniç.
Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Randyeloviç, 20. Reqan Obenq, 25. Deyan Bolyeviç, 7. Stanişa Mandiç.
Baş məşqçi: Vladan Miloyeviç.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael, 5. Georgi Floresku (10. Dodo, 36), 6. Rəşad Sadiqov (11. Asif Məmmədov, 88), 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov (21. Arif Daşdəmirov, 46).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.

Həmin kateqoriyadan