«Qəbələ»nin fransalı hücumçusu avroliqanın iştirak ərizəsində

Yeni mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” hücum xəttini fransalı Baqali Dabo ilə gücləndirib.

28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib. “Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub.

Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə, Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.

Həmin kateqoriyadan