“Qəbələ”də Məhərrəmovu kim əvəzləyəcək?

“Qəbələ”nin əsas komandanın tibbi personalında dəyişiklik olub. Allsport.az xəbər verir ki, həkim-fizioterapevt Rahim Məhərrəmov komandada fəaliyyətini başa vurub. 44 yaşlı mütəxəssisin klubdan ayrılmasına əsas səbəb ailə vəziyyəti olub.

Baş menecer Zaur Əzizov Məhərrəmovun gedişi və onun vəzifəsinə yeni təyinatla bağlı danışıb: “Əvvəla, çox təəssüf edirik ki, Rahim Məhərrəmov bizi tərk etmək məcburiyyətində qaldı. O, iki ildə komandamızda çox uğurlu şəkildə çalışdı. Məhərrəmov kollektivimizin ən önəmli üzvlərindən biri idi. Ancaq iş elə gətirdi ki, məcburiyyətdən yollarımızı ayırdıq. Çünki o, paytaxtda yaşamalı, ailəsinin yanında olmalı idi. Bəlkə nə vaxtsa yollarımız yenidən kəsişdi. Məhərrəmovu kimin əvəzləyəcəyinə yaxın günlərdə aydınlıq gələcək. Onun köməkçiləri, tibbi personalda çalışan Rövşən Məmmədovla Namiq Hüseynov işlərini davam etdirirlər”.

Həmin kateqoriyadan